EN

Ekspert: İsrail İran və ABŞ arasındakı danışıqları poza və ya uzada bilər

Ekspert: İsrail İran və ABŞ arasındakı danışıqları poza və ya uzada bilər

İsrail İran və ABŞ arasında yeni başlayan dialoqun qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək.

AFN.az xəbər verir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun professoru Din Lun "China Daily" qəzetinə müsahibəsində bildirib. Ekspertin fikrincə, İsrail Vaşinqton və Tehran arasında hər hansı razılaşmanın əldə olunmasını istəməyən əsas tərəfdir.

Professorun təhlilinə əsasən, İsrail tərəfi bu danışıqları ləngitmək üçün "köhnə taktikasına" əl ata bilər. O, ötən ilin iyununda razılaşmanın yaxın göründüyü bir məqamda İsrailin İrana endirdiyi hərbi zərbələri misal çəkərək, bənzər bir "təxribatın" yenidən baş verə biləcəyini vurğulayıb. Din Lun hesab edir ki, həm Tehran, həm də Vaşinqton hazırda danışıqlarda mövqelərini gücləndirmək üçün təzyiq strategiyasından istifadə edir və diplomatik cəhdlər uğursuz olarsa, tərəflər sürətlə hərbi qarşıdurmaya keçə bilərlər.

Qeyd edək ki, fevralın 6-da Omanın paytaxtı Maskaatda İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı üzrə böhranın nizamlanmasına dair yeni mərhələ keçirilib.

Donald Tramp danışıqların "çox yaxşı" keçdiyini, lakin razılaşma əldə olunmayacağı təqdirdə İranı "çox ağır nəticələrin" gözlədiyini bildirərək ultimatum xarakterli xəbərdarlıq edib.

Chosen
42
afn.az

1Sources