EN

Praqa sakini evini təmizləyərkən tank əleyhinə raket tapıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çexiyanın paytaxtı Praqada bir qadın bu ilin birinci yarısında ölkədə elan olunan silah amnistiyası çərçivəsində oğlunun evində tapdığı tank əleyhinə raketi polis bölməsinə gətirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Çexiya televiziyası yayıb.

Polisə ifadəsinə o, raketi oğlunun evini təmizləyərkən tapdığını deyib. Polis bölməyə bomba zərərsizləşdirmə mütəxəssisi çağırıb.

Qeyd olunub ki, silah amnistiyası çərçivəsində Praqa sakinləri ilin əvvəlindən bugünədək 83 silah, 20 döyüş sursatı və 3 000-dən çox patron təhvil veriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
oxu.az

1Sources