Kamçatka diyarında sosial şəbəkələrdə yayılan, guya qar altında qalmış çoxmərtəbəli yaşayış binalarını əks etdirən videolar ətrafında qalmaqal böyüyür.
Ekologiya.az xəbər verir ki, rəsmi dairələr bu görüntülərin real vəziyyəti əks etdirmədiyini və məqsədli şəkildə hazırlanmış saxta materiallar olduğunu bildirirlər.
Rusiya regionlarında informasiya siyasəti ilə məşğul olan “Dialoq regionlar” AİO-nun sədr müavini Tixon Makarov bildirib ki, sözügedən videolar “bədniyyətli qüvvələr” tərəfindən yaradılıb.
Onun sözlərinə görə, bu cür hiperbolizə olunmuş vizual kontent cəmiyyətdə süni narazılıq formalaşdırmaq və hakimiyyəti nüfuzdan salmaq məqsədi daşıyır.
Makarov vurğulayıb ki, şişirdilmiş görüntülər problemin miqyasını olduğundan qat-qat böyük göstərir və nəticədə insanlar emosional reaksiyalarını birbaşa hakimiyyətə yönəldirlər. Rəsmilərin fikrincə, bu, ictimai rəyə təsir göstərməyə hesablanmış informasiya manipulyasiyasının tərkib hissəsidir.
Musavat.com