EN

İranı bu dəfə raket proqramına görə hədələyirlər

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail ordusu ABŞ-a xəbərdarlıq edib ki, İranın ballistik raket proqramı İsrail üçün nüvə proqramı ilə müqayisə oluna biləcək təhlükə yaradır.

Reyting.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat dərc edib.

Nəşr etibarlı və mötəbər mənbələrinə istinadla xəbər verir ki, lazım gələrsə, Təl-Əviv təkbaşına hərəkət etməyə hazırdır.

Qəzetin yazdığına görə, Amerika tərəfi ilə son təmaslar zamanı Tel-Əviv İrana İsrail dövlətinin mövcudluğunu təhdid edən miqyasda strateji silahları bərpa etməyə imkan verməyəcəyini açıq şəkildə bildirib. Hərbçilər vurğulayıblar ki, cavabın formatını və vaxtını müstəqil müəyyənləşdirmək hüququnu özlərində saxlayırlar.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
reyting.az

1Sources