EN

Hindistan üç neft tankerini saxlayıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Hindistanın Sahil Mühafizəsi açıq dənizdə keçirdiyi əməliyyat zamanı beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsinin fəaliyyətinin qarşısını alaraq üç neft tankerini saxlayıb.

Bizimyol.info xəbər verir ki, "Times of India" qəzetinin Hindistan Sahil Mühafizəsinə istinadən verdiyi məlumata görə, söhbət ABŞ tərəfindən neftin qanunsuz daşınmasına görə sanksiya tətbiq edilmiş gəmilərdən gedir.

Məlumata əsasən, cinayətkar qrup münaqişə zonalarından ucuz neftin daşınması üçün beynəlxalq sularda neftin gəmilər arasında ötürülməsindən istifadə edib və bununla da sahilyanı dövlətlərə ödənilməli olan rüsumlardan yayınmağa çalışıb.

Saxlanıldıqdan sonra tanker gəmiləri əlavə yoxlamaların aparılması və işin hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün Mumbay limanına müşayiət olunub.

Bir gün əvvəl "Reuters" agentliyi Hindistan neft emalı zavodlarının mart–aprel aylarında çatdırılması nəzərdə tutulan Rusiya neftinin alışından yayınmağa başladığını xəbər vermişdi. Bildirilir ki, Hindistan şirkətləri gələcəkdə də Rusiya nefti ilə bağlı sövdələşmələrdən çəkinməyi planlaşdırır. Agentliyin mənbələrinə görə, bu addım Nyu-Delhinin ABŞ ilə ticarət sazişləri bağlamasına kömək edə bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya nefti daşıyan tanker gəmiləri Hindistan sahillərində saxlanılmışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
icma.az

1Sources