EN

“Yuventus” hücum xətti üçün böyük plan hazırlayıb

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Yuventus” yay transfer pəncərəsində mərkəz hücumçusu mövqeyini gücləndirmək üçün əsas namizədləri seçib.

İdman.Biz xəbər verir ki, Turin təmsilçisi “Qalatasaray”dan Viktor Osimheni, “Kristal Palas”ın forvardı Jan-Filipp Matetanı, eləcə də hüquqları PSJ-yə məxsus olub icarə əsasında “Tottenhem”də çıxış edən Randal Kolo Muanini nəzərdən keçirir.

Klub yeni hücumçunun alınmasına 20-25 milyon avro xərcləməyə hazırdır. Bu transfer Duşan Vlaxoviçə mümkün əvəzləyici kimi planlaşdırılır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
icma.az

2Sources