EN

Tyuram: “Bu, adamı əsəbiləşdirir”

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Yuventus”un futbolçusu Kefren Tyuram “Latsio” ilə matçdan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi rəqibin azsaylı dəqiq zərbələrlə qol tapmasının onları əsəbiləşdirdiyini deyib.

“Latsio”, sanki, çərçivəyə yönəltdiyi iki zərbə ilə qol vurdu. Bu, adamı əsəbiləşdirir. Biz çox yaxşı oyun göstərdik, xeyli epizod yaratdıq. Elə buna görə də daha çox əsəbləşirik. Meydanda əlimizdən gələni etdik, əla oynadıq, amma nəticədə üç xalı qazana bilmədik”, - deyə Tyruam bildirib.

Tyuram növbəti turdakı derbi barədə də danışıb:

“İnterlə” oyun? “Yuventus” həmişə qələbə üçün oynayır və xüsusilə “İnterə” qarşı ən yüksək səviyyəli matçlar göstərir. Birisigün yenidən işə qayıdacağıq, başımız dik olacaq”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources