EN

Sülh sazişinə çox az qaldı Vilson

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cənubi Qafqazda sülh prosesi ilə bağlı Vaşinqtondan diqqətçəkən açıqlama gəlib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-ın respublikaçı konqresmeni, Helsinki Komissiyasının sədri Co Vilson Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının yekun imzalanmasına çox az qaldığını bəyan edib.

Konqresmenin sözlərinə görə, Bakı və İrəvan arasında sülh sənədinin imzalanması region üçün tamamilə yeni bir mərhələnin başlanğıcı olacaq. O bildirib ki, bu proses təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın siyasi və təhlükəsizlik arxitekturası baxımından həlledici əhəmiyyət daşıyır.

Co Vilson qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının imzalanmasına xüsusi diqqət yetirir və Ağ Ev bu prosesi strateji prioritet kimi qiymətləndirir. Onun sözlərinə görə, ötən ilin avqustunda imzalanmış Vaşinqton bəyannaməsinin icrasını sürətləndirmək məqsədilə ABŞ-ın vitse-prezidenti regiona tarixi səfər edəcək.

“Biz Cənubi Qafqazda tarixi bir mərhələdəyik. Bu uzaqgörənliyə və siyasi cəsarətə görə Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə təşəkkür edirəm”, – deyə konqresmen vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
axar.az

1Sources