EN

İsrail İran və ABŞ arasında danışıqları poza bilər



İsrail İran və ABŞ arasında danışıqlara mane olmağa və ya onu təxirə salmağa çalışacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun professoru Dinq Lonq deyib.

Onun sözlərinə görə, İsrail ABŞ-İran razılaşmasının həyata keçirilməsini ən çox istəməyən tərəfdir. Ekspert hesab edir ki, Təl-Əviv sülh danışıqlarını pozmaq, maneə törətmək və gecikdirmək üçün səylərini əsirgəməyəcək.

Dinq Lonq hesab edir ki, həm Tehran, həm də Vaşinqton danışıqlarda mövqelərini yaxşılaşdırmaq üçün təzyiq strategiyası yürüdürlər. Ekspert hesab edir ki, danışıqlar uğursuz olarsa, onlar tez bir zamanda hərbi qarşıdurmaya çevrilə bilər.

Anar
Chosen
46
newscenter.az

1Sources