EN

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

Bakı, 9 fevral, AZƏRTAC

Cənubi Koreyada hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Gyeonggi əyalətinin Qapyeong qraflığı ərazisində baş verib. Helikopter Seuldan təxminən 55 kilometr şimal-şərqdə qəzaya düşüb.

Agentliyin yazdığına görə, helikopterin göyərtəsində olan iki nəfər ağır yaralanıb və təcili tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

Chosen
49
2
azertag.az

3Sources