EN

Mask iki planetdə şəhərlər salacağına söz verdi

"SpaceX" şirkəti yaxın onilliklərdə Ayda və Marsda özünü təmin edən şəhərlər salmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, şirkətin mütəxəssisləri artıq Yer kürəsinin peykində belə bir layihənin reallaşdırılmasına fokuslanıblar və nəticələr 10 ildən də az müddətdə əldə edilə bilər.

""SpaceX" həmçinin Marsda şəhər salmağa çalışacaq və buna təxminən beş-yeddi ildən sonra başlayacaq", - deyə Mask yazıb.

Sahibkar qeyd edib ki, Marsa uçuşlar yalnız Günəş sistemi planetlərinin lazımi şəkildə yaxınlaşdığı dövrlərdə - hər 26 aydan bir mümkün olacaq. Bu zaman yolun müddəti altı ay təşkil edəcək.

Chosen
10
2
publika.az

8Sources