EN

Bu Avropa ölkəsi Ukraynaya heç vaxt silah verməyib

Macarıstan Ukraynaya heç vaxt hər hansı bir silah tədarük etməyən yeganə Avropa ölkəsidir.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Macarıstanın məqsədi Rusiya-Ukrayna münaqişəsinə cəlb olunmamaqdır. Bununla yanaşı, o qeyd edib ki, Budapeşt sülhün zəruriliyi barədə çox aydın danışır. Diplomat əlavə edib ki, onlar hər kəsə macar cavabı veriblər və bu cavab nəticədə uğurlu olaraq, böhran zamanlarında belə ölkəni gücləndirməyə və inkişaf etdirməyə kömək edib.

Xatırladaq ki, fevralın 5-də ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan edib ki, Vaşinqton sülh sazişi imzalanana qədər Ukraynanı silahla təmin etməyə davam edəcək.

Chosen
20
19
publika.az

10Sources