EN

Moskvada yaralanan generalın SON DURUMU

Moskvada sui-qəsd cəhdinə məruz qalan rusiyalı general-leytenant Vladimir Alekseyevin səhhəti ilə bağlı açıqlama verilib.

Bizim.Media xəbər verir ki, həkimlər onun vəziyyətini ağır, lakin stabil kimi dəyərləndirir.

Bildirilib ki, hazırda generalın həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, sui-qəsd cəhdinin təşkilində şübhəli bilinən Lyubomir Korba Dubayda saxlanılıb və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Rusiyaya təhvil verilib. (TASS)

Bizim.Media

Chosen
68
1
bizim.media

2Sources