EN

Levandovski elit siyahıya daxil oldu

“Barselona”nın futbolçusu Robert Levandovski İspaniya La Liqasının 23-cü turunda “Malyorka” ilə oyunda fərqlənib.

İdman.Biz xəbər verir ki, bu qol sayəsində polşalı forvard kataloniyalıların tarixində ən yaxşı bombardirlərin ilk 15-liyinə yüksəlib.

Levandovski “Barselona”nın heyətində bütün turnirlərdə keçirdiyi 175 matçda 114 qol vurub. Onu siyahıda bir pillə qabaqlayan Xristo Stoiçkov kataloniyalıların formasında 255 oyunda 117 dəfə fərqlənib. Klub tarixinin ən məhsuldar bombardiri isə Lionel Messidir. Əfsanəvi futbolçu 778 görüşdə 672 qola imza atıb.

İdman.Biz
Chosen
74
1
idman.biz

2Sources