EN

General Alekseyevə sui-qəsdin əlaltısı Rusiyada daim iş axtarıb

BAKI, 9 fevral. TELEQRAF

General-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsddə iştirak edən Viktor Vasin Rusiyada mütəmadi olaraq iş axtarıb və müxtəlif platformalarda öz tərcümeyi-halını (CV) yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Vasin 2016-cı ildən etibarən kadr xidməti və ya insan resurslarının idarə edilməsi sahəsində işləmək istəyib. Eyni zamanda, o, həyat təhlükəsizliyinin əsasları üzrə müəllim kimi fəaliyyət göstərməyə və ya mülki müdafiə və fövqəladə hallar üzrə qərargah rəisi olmağa da hazır olduğunu bildirib. Təhsili üzrə isə rabitə mühəndisi olub.

Sənədlərdə qeyd olunur ki, Vasin öz üstün cəhətləri sırasında intizamlılıq, məsuliyyət, mürəkkəb vəziyyətlərdə düzgün istiqamətlənmək və məsuliyyətli, ölçülüb-biçilmiş qərarlar qəbul etmək bacarığını göstərib. O, özünü fiziki cəhətdən dözümlü hesab edib, ingilis dilini orta səviyyədən yuxarı bildiyini və B kateqoriyalı sürücülük vəsiqəsinə malik olduğunu da vurğulayıb.

Chosen
24
teleqraf.com

1Sources