EN

İtaliyada dəmir yolu təxribatı terror aktı kimi araşdırılır

İtaliyanın Bolonya şəhəri yaxınlığındakı dəmir yolunda kabellərin kəsilməsi hadisəsi terror aktı kimi araşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə ANSA agentliyi İtaliya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bolonya prokurorluğu xüsusi polis bölməsindən materiallar alıb. Şübhəlilərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Bundan əvvəl Bolonya ərazisindəki dəmir yolunun bir hissəsində kabellər kəsilmişdi. Eyni zamanda, başqa bir istiqamətdə əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Qatarların hərəkətində böyük gecikmələrə səbəb olan hadisələrin anarxistlər və İtaliyada başlayan Olimpiya Oyunları ilə əlaqəli olması mümkündür.

Chosen
18
1
ikisahil.az

2Sources