EN

Arne Slot: “Artıq əlavə vaxt qollarına öyrəşmişik”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis ilk hissədə rəqibin üstün olduğunu bildirib.

“Birinci hissədə “Siti” daha yaxşı idi. Çoxlu qol vəziyyətləri yaratmadılar, amma topa daha çox bizim yarımmeydanda sahib idilər. İkinci hissədə biz üstünlük qurduq və yaxşı imkanlarımız oldu. 1:0 hesabı ilə önə keçdik və demək olar ki, rəqibə heç nə vermədik. Matçın sonuna yaxın ortadan sonra top onlara düşdü və hesab 1:1 oldu. Artıq əlavə vaxtda qol buraxmağa demək olar ki, öyrəşmişik, bu gün yenə baş verdi”, - deyə Slot söyləyib.

Slot Dominik Soboslayla bağlı epizodu da dəyərləndirib:

“Bu, danışılacaq hadisə deyil. Bəlkə hakim oyunu davam etdirib qolu saymalı idi, amma qaydalar belədirsə, biz bunu qəbul etməliyik”.

İdman.Biz
Chosen
32
idman.biz

1Sources