EN

Meksikada 5,7 bal gücündə zəlzələ baş verib

Bakı, 9 fevral, AZƏRTAC

Meksikanın Oaxaka şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 255 min nəfərin yaşadığı Oaxaka şəhərindən 87 kilometr cənub-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Chosen
62
azertag.az

1Sources