BAKI, 9 fevral. TELEQRAF
Fransa çempionatının 21-ci turunda PSJ doğma meydanda “Marsel”i 5:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, qarşılaşma Parisdə, “Park de Prens” stadionunda baş tutub.
Qalib komandanın heyətində Usman Dembele 12-ci və 37-ci dəqiqələrdə fərqlənib. Xviça Kvaraçxeliya (66-cı dəqiqə) və Li Kan İn (74-cü dəqiqə) də adlarını tabloya yazdırıblar. 64-cü dəqiqədə isə “Marsel”in müdafiəçisi Fakundo Medina topu öz qapısına göndərib.
Bu qələbə sayəsində PSJ turnir cədvəlində yenidən birinci pilləyə yüksəlib və 51 xal toplayıb. “Marsel” isə 39 xalla dördüncü yerdə qərarlaşıb.