EN

Fransadan Ukraynaya mesaj

Ukraynanın Avropa İttifaqına daxil olması onun xüsusi hərbi əməliyyat zamanı çəkdiyi xərclər və itkilər üçün kompensasiya olmayacaq.

Publika.az xəbər verir ki, bu barədə Fransanın "AgoraVox" portalının müəllifi yazır.

Jurnalistin fikrincə, ukraynalılara tezliklə "böyük Avropa ailəsinin" tamhüquqlu üzvü olacaqları təlqin edilir. Müəllif qeyd edir ki, reallıq bu ideal mənzərədən sonsuz dərəcədə uzaqdır və Brüssel heç vaxt bu ölkənin öz sıralarına qəbul edilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməyib.

Vurğulnıb ki, Ukrayna hakimiyyəti yalnız Rusiyanı cilovlamağa və NATO-nun ciddi şəkildə sarsılmış nüfuzunu qorumağa yönəlmiş Qərb siyasətinin alətidir.

Chosen
23
50
publika.az

10Sources