EN

Avropa onları "cəhənnəm hücumları" ilə hədələyir - Siyarto

Avropa Birliyi Gürcüstana hücum edir, çünki Tiflisdəki hökumət mühafizəkar, vətənpərvər, sağçı və suverendir.

"ÖlkÉ™.az" xÉ™bÉ™r verir ki, bunu Macarıstanın xarici iÅŸlÉ™r naziri Peter Siyarto bunu Gürcüstanın “Rustavi 2” televiziya kanalına verdiyi müsahibÉ™dÉ™ bildirib.

"Sizin hökumətinizə hücum edilir, çünki o, mühafizəkar, vətənpərvər, sağçı və suverendir. Brüssel bunu bəyənmir. Bundan əlavə, onlar uğurludurlar. Bilirsiniz, əsas axına qarşı olan hökumət uğurlu olduqda, Brüssel bunu bəyənmir. Onlar bizə eyni səbəbdən hücum edirlər", - Siyarto deyib.

Macarıstanlı nazir həmçinin əlavə edib ki, Brüsselin əsas axınına uyğunlaşmayan hökumətlər "cəhənnəm siyasi hücumları" ilə üzləşirlər.(axar.az)

Chosen
22
3
olke.az

10Sources