ABŞ Prezidenti Donald Tramp artıq dərman biznesinə də girişib. Belə ki, Ağ Evin milyarder prezidenti dərmanlara endirim təklif edən və "TrampRx" adlandıran veb sayt yaradıb.
Sayt dərman satmasa da, reseptli həbləri tapa və endirim kuponunu yükləməklə nə qədər qənaət edə biləcəyinizi öyrənə bilərsiniz. Saytın istifadəyə verildiyi vaxtda arıqlama dərmanları da daxil olmaqla, təxminən 40 preparat mövcud olub.
Bir sıra ABŞ əczaçılıq şirkətlərinin artıq məhsullarını "TrampRx" vasitəsilə endirimlə təklif etməyə razılaşdıqları bildirilir.
Mətləb