EN

“Pink Pover Fest” çərçivəsində Qubada qız şagirdlər arasında voleybol turniri keçirilib - FOTOLAR

“Pink Pover Fest-qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində voleybol turniri keçirilib.

QHT.az xəbər verir ki, turnirdə Quba rayonunun 8 ümumtəhsil məktəbinin VII-IX siniflərində təhsil alan 64 nəfər qız şagird cəlb edilmişdir. Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin idman zalında təşkil olunan turnirin ¼ final mərhələsində Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta ümumtəhsil məktəbinin komandasına 2-0 (25-13; 25-12), Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasına 2-0 (25-20; 25-10), Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandası Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasın 2-0 (25-16; 25-14)və Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası Quba rayonu İqriq kənd tam orta ümumtəhsil məktəbinin komandasına 2-0 (25-9; 25-16) hesabı ilə qalib gələrək ½ final mərhələsinə vəsiqə əldə edib.

Yarışın reqlamentinə əsasən ½ final mərhələsində Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbi Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandasına 2-0 (25-17; 25-16), Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası isə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin voleybolçularına 2-1 (25-16; 22-25; 15-10) qalib gələrək finala vəsiqə qazanıb.

Final oyununda Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin voleybolçularını 2-0 (28-26; 25-12) məğlub edərək turnirin qalibi adını qazanıb.

Bürünc mükafat uğrunda qarşılaşmada isə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandasına 2-0 (25-11; 25-19) qalib gələrək turniri üçüncü yerdə başa vurub.
Yekunda qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, “Pink Pover Fest” qrant layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği, qız şagirdlərin idmana cəlb edilməsinin təşviq edilməsinə dəstək göstərməkdir.

Chosen
38
qht.az

1Sources