ABŞ-nin maliyyə naziri Skott Bessent Çinin ABŞ ilə ticarət razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdiyini bəyan edib.
Azreform.info xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Pekin razılaşmanın ona aid hissəsini icra edir. Nazir xüsusilə vurğulayıb ki, Çin əvvəlki razılaşmalara uyğun olaraq ABŞ istehsalı olan soya məhsulunun alışını artıq həyata keçirib.
Bununla yanaşı, Bessent Vaşinqton və Pekin arasında tammiqyaslı ticarət sazişinin mümkün imzalanma tarixləri ilə bağlı sualı cavabsız qoyub.