Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən meyiti tapılan 40 yaşlı Sabiq Quliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Rasim Quliyev istintaqa cəlb edilib.
Xatırladaq ki, S. Quliyevin meyiti dörd gün əvvəl kəndin kənarındakı dərəyə atılmış vəziyyətdə aşkarlanmışdı.
Faktla bağlı araşdırma davam etdirilir.
"Cebheinfo.az"Â