EN

Fransa və Britaniya kəşfiyyatları Qəddafinin oğlunun qətlində ittiham olunur

BAKI, 9 fevral. TELEQRAF

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Səif əl-İslam Qəddafinin qətlində Böyük Britaniya və Fransa kəşfiyyat xidmətlərinin iştirak ehtimalı var.

Teleqraf xəbər verir ki, bu barədə RT telekanalının aparıcısı Əfşin Rattanzi mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, son günlər Fransanın DGSE kəşfiyyat xidmətinin Burkina-Fasonun prezidenti İbrahim Traore və Malinin rəhbəri Assimi Qoyta kimi liderlərin öldürülməsi planlarında iştirakına dair məlumatlar üzə çıxıb. Rattanzi qeyd edib ki, bu faktlar Qəddafinin oğlunun qətli ilə bağlı şübhələri daha da gücləndirir.

Chosen
63
teleqraf.com

1Sources