EN

Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır

Qahirə, 8 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Dəmir Yolları Şirkəti (SAR) ilə İspaniyanın “Talgo” şirkəti arasında 20 yeni sürət qatarının alınması barədə saziş imzalanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu addım nəqliyyat və logistika xidmətləri üzrə milli strategiyanın hədəflərinə uyğun olaraq atılıb, Məkkə və Mədinə şəhərləri arasında nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaq məqsədini güdür.

Vurğulanıb ki, yeni qatarların ilk partiyasının 2028-ci ilin sonuna qədər təhvil verilməsi gözlənilir. Səudiyyə Ərəbistanı tərəfi saziş üzrə bütün qatarları 2031-ci ildə təhvil alacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
58
1
azertag.az

2Sources