Ağcabədi. Trend:
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in yerlimüxbirinin verdiyi məlumata görə, qəza rayonun Poladlı kəndiərazisində baş verib. İlkin məlumatlara əsasən, hadisə zamanı ikinəfər xəsarət alıb. Yaralananlar — 1982-ci il təvəllüdlü PərvanəHüseynova və 1975-ci il təvəllüdlü Mehman Nərimanov əvvəlcə AğdamMərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardımgöstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün BərdəRayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.