Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Böyük oğlu Tayfun Ərdoğanla problemləri səbəbindən gündəmdən düşməyən Əmrah bu dəfə kiçik uşaqları Elaysa və Elyas haqqında edilən şərhlərə sərt reaksiya verib.
Axşam.az xəbər verir ki, məşhur sənətçi artıq sosial mediada azyaşlı uşaqlarını hədəf alan hörmətsiz paylaşımlara səssiz qala bilməyib. O, mənfi rəy yazanları məhkəməyə verəcəyini bildirib.
"Dünya bir yana, uşaqlarım başqadır. Onlar mənim həyatımın mənası, gözlərimin işığı, ürəyimin döyüntüsüdür" deyə, Əmrah yazıb.
Sənətçi həmçinin paylaşımları altında edilən bütün şərhlərin fərdi olaraq araşdırılacağını və zəruri hesab edilən hər hansı bir şərh üçün məhkəmə tədbirlərinin görüləcəyini bildirib.
Qeyd edək ki, 2014-2022-ci illər arasında Sibel Kirer ilə evli olan Əmrahın bu nikahdan Elaysa və Elyasa adlı iki övladı var.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.