EN

Xameneidən gözlənilməz QƏRAR - 47 ildə İLK DƏFƏ

Bu gün İranın ali rəhbəri Əli Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.

"Ölkə.az" "Azad İran"a istinadən xəbər verir ki, bu, son onilliklər ərzində qeydə alınan qeyri-adi hadisə kimi dəyərləndirilir.

Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimi Tehranda İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.

Qeyd olunur ki, bu, son 47 il ərzində ilk dəfədir ki, İslam Respublikasının lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.

19 Bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) günü Şah dövrünün İmperiya Ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti - “Hümafərilər” - Tehranda Ruhullah Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.

Chosen
47
13
olke.az

10Sources