EN

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Day.Az-ın məlumatına görə, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Bununla da Azərbaycan millisi "Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Chosen
50
8
day.az

9Sources