EN

Epşteyn işi ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?

Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Ədliyyə Nazirliyi "Ceffri Epşteyn işi" ilə bağlı 86 səhifəlik sənədi rəsmi saytından gözlənilmədən çıxarıb.

Hurriyyet.org xəbər verir ki, sənəd Epşteynin ətrafındakı potensial cinayət ortaqları və əlaqələr barədə məlumatları ehtiva edirdi.

Bu addım ictimaiyyətin və medianın diqqətini çəkib. Sənədin birdən-birə arxivdən çıxarılması, "Epşteyn işi"ndə şəffaflıqla bağlı yeni suallar doğurub. Əvvəlcə açıqlanan sənədlər arasında federal müstəntiqlərin qeydləri, həmçinin Epşteyn çevrəsindəki potensial şübhəlilər barədə detallı məlumatlar yer almışdı.

Bildirilir ki, ABŞ Ədliyyə Nazirliyi yanvarın sonunda 3 milyon səhifədən çox sənədin ictimaiyyətə açıldığını elan etmişdi, lakin bəzi kritik sənədlər hələ də redaktə edilib gizli saxlanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
1
hurriyyet.az

2Sources