EN

Britaniya bu üsulla milyonlar qazanacaq

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Böyük Britaniya hakimiyyəti ələ keçirilən tankerlərin texniki xidmət xərclərini ödəmək üçün onlardan mənfəət əldə etmək imkanlarını araşdırır.

Hurriyyet.org xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, müdafiə naziri Con Heli sanksiya tətbiq edilən gəmilərdən neft satmağı düşünür. Bu tədbir gəmilərin uzun müddət saxlanması ilə bağlı milyonlarla dollarlıq xərcləri kompensasiya etməyə kömək edə bilər.

Britaniya, həmçinin tankerləri ələ keçirmək üçün dəniz dronlarından istifadə etməyi planlaşdırır. Dronlar Şimal dənizi sahilindəki Qeytseddə tikintisi planlaşdırılan komanda mərkəzindən idarə olunacaq. Layihə hazırda təsdiq mərhələsindədir və səlahiyyətlilər kommersiya limanları sahibləri ilə müsadirə olunmuş gəmilərin müvəqqəti saxlanılması imkanlarını müzakirə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
2
hurriyyet.az

3Sources