EN

Bu gün yerli oyunçulara da üstünlük verdik Tokerdən qələbə şərhi

ain.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turu çərçivəsində bu gün "Şəki"ni səfərdə yenən "Abşeron Lions"un baş məşqçisi Erhan Toker oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis belə danışıb:

"Əsas oyunçumuz Ceyms Freyzerə istirahət verdik. Digər basketbolçularımız bu görüşdə iştirak etdi və yaxşı mübarizə apardı. Bu sözləri rəqibə də aid edirəm. Oyunun böyük bir hissəsi başa-baş mübarizə şəraitində keçdi. Bu gün yerli oyunçulara da üstünlük verdik və eyni zamanda iki azərbaycanlı basketbolçu parket üzərində oldu. Bunu qarşıda bizi gözləyən kubok matçları ilə də əlaqələndirmək olar. Sonda, Şəki səfərindən qələbə ilə qayıtdığımız üçün komanda üzvlərini təbrik edirəm, rəqibə də gözəl oyuna görə minnətdaram".

Qeyd edək ki, "Şəki" - "Abşeron Lions" görüşü qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
4
fanat.az

5Sources