EN

Ən böyük çatışmazlıq... Meriç yenilginin səbəbini dedi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turu çərçivəsində bu gün evdə "Abşeron Lions"a uduzan "Şəki"nin baş məşqçisi Bedri Meriç fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə danışıb:

"Rəqibi qələbəyə görə təbrik edirəm. Yaxşı oynadığımızı düşünürəm, tamaşaçılar üçün yüksək səviyyəli və maraqlı matç idi. Ən böyük çatışmazlıq ribaundları ala bilməməyimiz oldu. Rəqibimiz belə şanslardan 28 xal topladı ki, bu da çox böyük rəqəmdir".

Təcrübəli mütəxəssis oyunun həlledici anlarına da toxunub:

"Üçüncü periodda 10 xal geri düşsək də, sonradan hesabı bərabərləşdirdik, hətta sona iki dəqiqə qalmış önə keçdik. Lakin son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik. Bunlar olmasaydı, qalib gələ bilərdik. Amma A qrupunun liderlərindən birinə qarşı göstərdiyi mübarizəyə görə oyunçularımdan razıyam. Mübarizə aparmağa davam edəcəyik".

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən oyun "Abşeron Lions"un 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
3
fanat.az

4Sources