Türkiyədən toyuq məhsullarının ixracı sabahdan etibarən dayandırılacaq.
Redaktor.az xəbər verir ki, Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb.
Yayımlanan açıqlamada bildirilib ki, bu qÉ™rar daxili bazarda tÉ™klifin artırılması vÉ™ qiymÉ™t artımlarının mÉ™hdudlaÅŸdırılması mÉ™qsÉ™dilÉ™ qÉ™bul edilib.Â
Həmçinin vurğulanıb ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər.