EN

Bakı Sumqayıt yolunda təmir işlərinin KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında başa çatacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki təmir işləri yekunlaşdıqdan sonra yol nəqliyyatın hərəkəti üçün açılacaq.

Qeyd edək ki, təmir işləri ilə əlaqədar bir sıra küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən Bakı-Sumqayıt şosesi, Tbilisi prospekti, Ziya Bünyadov prospekti, Alı Mustafayev, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi,Beynəlxalq Avtovağzal, Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
konkret.az

1Sources