EN

İran parlamenti ABŞ a görə toplanır: nazir də gələcək

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İran parlamenti fevralın 9-da ABŞ ilə danışıqları müzakirə etmək üçün iclas keçirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moğtadai deyib.

“Sabah Məclis İran və ABŞ arasında danışıqların gedişatını qapalı iclasda nəzərdən keçirəcək. Görüşdə, çox güman ki, xarici işlər naziri Abbas Əraqçi iştirak edəcək”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Əraqçi İran və ABŞ arasında davamlı bir razılaşmanın bərabər mövqelər və qarşılıqlı hörmət tələb etdiyini bildirmişdi.

O əlavə etmişdi ki, Tehran 2025-ci il hadisələrini ciddi şəkildə nəzərə alaraq diplomatiyaya açıq şəkildə yanaşır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources