EN

"Olduqca önəmli bir qələbə qazandıq" - Rəşad Sadıqov

Bu gün Misli Premyer Liqasında 19-cu tur start götürüb.

Fanat.Az xÉ™bÉ™r verir ki, “Sumqayıt” öz meydanında  “ZirÉ™” ilÉ™ qarşılaşıb. GÉ™rgin keçən matçda "qartallar" qÉ™lÉ™bÉ™yÉ™ seviniblÉ™r (2:3).

Matçdan sonra keçirilÉ™n mÉ™tbuat konfransında qonaqların baÅŸ məşqçisi Rəşad Sadıqov fikirlÉ™rini jurnalistlÉ™rlÉ™ bölüşüb:

"Düşünürəm ki, hər iki komandanın ifasında baxımlı bir oyunun şahidi olduq. Həm 'Zirə', həm də 'Sumqayıt' daha çox texnikalı və kombinasiyalı futbol nümayiş etdirirdi. İlk hissə bizim üçün daha uğurlu keçdi, rəqibdən üstün idik. Bəlkə də hesab fərqi daha böyük ola bilərdi, lakin fasiləyə bir top üstünlüklə yollandıq".

R.Sadıqov ikinci hissədəki çətinliklərə və komandasının reaksiyasına da toxunub:

"İkinci hissəyə rəqib çox fəal başladı. Həmin dəqiqələrdə biz bir qədər passivləşdik və düzgün reaksiya vermədiyimiz üçün qol buraxdıq. Lakin buraxılan qoldan sonra futbolçularımın verdiyi reaksiya yaxşı idi. Yenidən oyunu nəzarətimizə götürdük və hücumlar təşkil etdik. Oyunun son dəqiqələrində rəqibin standart vəziyyətlərdən təhlükəli anları olsa da, ümumilikdə qələbəyə layiq idik. Olduqca önəmli bir qələbə qazandıq. Futbolçularıma göstərdiyi oyuna görə təşəkkür edirəm".

Chosen
24
2
fanat.az

3Sources