EN

Rusiya və Oman İran və ABŞ arasında danışıqların davam etdirilməsini istəyirlər

"8 fevralda Rusiya xarici işlər naziri Sergey Lavrov və Oman Sultanlığının Xarici İşlər Nazirliyinin rəhbəri Bəhreyn əl-Busaidi arasında telefon danışığı olub".

İki sahil” yazır ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc edilib.

"İran və Amerika nümayəndələri arasında Omanın vasitəçiliyi ilə Məsqətdə keçirilən dolayı danışıqların son mərhələsi kontekstində İran ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Silahlı qarşıdurma risklərini aradan qaldırmağa və bölgədə sabitliyi təmin etməyə kömək edəcək qarşılıqlı məqbul razılaşmalar tapmaq məqsədi ilə danışıqlar prosesinin davam etdirilməsinə kömək etmək zərurəti barədə ortaq fikir bildirilib", - məlumatda bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Lavrovun söhbət zamanı "Oman Sultanlığı rəhbərliyinin bu məsələdəki səylərini yüksək qiymətləndirib".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
68
ikisahil.az

1Sources