ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Aparat rəhbəri Morqan Maksuini pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ətrafında yaranmış qalmaqalla əlaqədar istefa verib.
APA xəbər verir ki, Morqan Maksuininin bu barədə bəyanatı “Sky News” telekanalında yayımlanıb.
Morqan Maksuini bildirib ki, vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra hökumətdən getmək qərarına gəlib: “Piter Mandelsonun səfir təyin edilməsi səhv qərar idi. O, bizim Leyborist Partiyamıza və ölkəmizə zərər vurdu, ümumiyyətlə siyasətçilərə olan etimadı sarsıtdı. Mənə müraciət edildikdən sonra bu təyinatın həyata keçirilməsini Baş nazirə tövsiyə etmişdim. Bu tövsiyəyə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.