EN

Evinizdəki bu əşya Wi-Fi siqnallarını “udur”: İnternet bu səbəbdən zəifləyir

İnternet sürətinizin aşağı olmasının səbəbi hər zaman provayder deyil. Evinizdəki bəzi əşyalar Wi-Fi siqnallarının yayılmasının qarşısını alaraq interneti ciddi şəkildə zəiflədir.

KONKRET.az xəbər verir ki, mütəxəssislər xüsusilə bir güzgüyə qarşı xəbərdarlıq edirlər. Güzgülər.

Güzgülərin arxa hissəsində işığı əks etdirmək üçün istifadə olunan metal təbəqə (adətən gümüş və ya alüminium) var. Bu metal təbəqə təkcə işığı deyil, həm də Wi-Fi dalğalarını əks etdirir. Güzgü siqnalı keçirmək əvəzinə onu geri qaytarır və ya “udur”. Bu da siqnalın otaqlar arasında yayılmasına mane olur.

Siyahıda yalnız güzgülər deyil, siqnalı zəiflədən başqa əşyalar da var:

Metal mebellər və qapılar: Metal ən güclü siqnal kəsicidir.

Mətbəx cihazları: Mikrodalğalı sobalar və soyuducular Wi-Fi dalğaları ilə eyni tezlikdə işləyə bildiyi üçün ciddi maneə yaradır.

Su çənləri və akvariumlar: Su radio dalğalarını udan bir mühitdir. Akvariumun arxasında qalan modemdən yüksək sürət gözləməyin.

Divarlar (Xüsusilə beton və kərpic): Qalın divarlar siqnalın gücünü 50%-dən çox azalda bilər.

Mütəxəssislər Wi-Fi sürətini artırmaq üçün bu sadə addımları tövsiyə edir:

Modemi evin ən mərkəzi və açıq nöqtəsinə yerləşdirin.

Modemin yaxınlığında böyük güzgülərin olmamasına diqqət edin.

Modemi yerə deyil, rəf və ya masa üzərinə, daha hündürə qoyun. Siqnallar yuxarıdan aşağıya daha yaxşı yayılır.

Modemi televizorun arxasına və ya digər elektron cihazların yanına sıxışdırmayın.\\Milli.Az

Chosen
46
2
konkret.az

3Sources