EN

Restoranlarda qiymətlər artdı

Sevgililər günün yaxınlaşması ilə əlaqədar restoranlarda yüksək məbləğli depozitlər qoyulur. Üstəlik pulu da öncədən tələb edirlər. Bəziləri hətta adi gündəki qiymətlərin 3-4 qatını təklif edir. Menyunu o depozitə daxil edənlər də var, etməyib depoziti əlavə pul kimi alanlar da.Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçılar bildirir ki, qiymətlərin artmasının əsas səbəbi tələbatın çox olmasıdır. Bəs bu zaman istehlakçıların hüququ pozulurmu?Hüquqşünaslar deyir ki, süni qiymət artımını edən şəxslər məsuliyyəyə cəlb edilə bilər.İqtisadçılar qeyd edir ki, nəzarət tədbirləri görülməsə və bu hal davam edərsə qiymət hər il daha da artacaq.


Chosen
45
4
metbuat.az

5Sources