Gürcüstanda Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək yolun demək olar bütün əsas hissələrinin inşası 2030-cu ilin sonuna qədər başa çatdırılacaq.
Aznews.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Gürcüstan hökuməti ölkənin strateji mövqeyindən maksimum şəkildə istifadə etməyə çalışır.