Bakı, 8 fevral, AZƏRTAC
Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı "WTT Youth Star Contender Tunis 2026" turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.
Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.
Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.