EN

“Mənə “Qarabağ” haqda sual vermək hörmətsizlikdir” - Dambrauskas

"Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Möhtəşəm qalibiyyət idi. Futbolçularım necə istəkli, necə ac olduqlarını bu gün göstərdilər”. 

"Ölkə.az" sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 19-cu turunun “Araz-Naxçıvan”la görüşündən (4:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

O əlabə edib: “Məğlub etdiyimiz "Zirə" və "Araz-Naxçıvan" TOP komandalardır. Heyətində çox təcrübəli oyunçular var. Azarkeşlərimizi də qələbə münasibətilə təbrik edirəm. Matçlarımıza daha çox azarkeşlərin gəlməsini istəyərdim. Sayları bu gün az idi. Qollar vurulanda bunun canlı şahidi olmalarını istəyərdim. Artıq 1-ci hissənin 16-cı dəqiqəsinə qədər 3 qol vurmuşduq. Daha çox qol vura bilərdik. İkinci hissəni yaxşı səviyyədə keçirdik. Dördüncü qolumuz möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı da toxunulmaz saxlayaq. Artıq biz bu oyunu unudub, öz işimizə qayıdırıq. Qarşıdakı matç bizim üçün ən önəmlisidir".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

Çempionluq mübarizəsində əsas rəqibiniz olan "Qarabağ"ın "Neftçi" ilə görüşünün təxirə salınması gündəmdədir. Buna etiraz etmək istəyirsiniz?

- Mən istəməzdim ki, bu suala cavab verim. Çünki mən "Qarabağ"ın baş məşqçisi deyiləm, orada işləmirəm. "Sabah"ın baş məşqçisiyəm. Mən bura gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz? Bu məsələyə də münasibət bildirmək istəmirəm. "Qarabağ" haqda soruşmaq istəyirsizsə, onların oyuna gedib, baş məşqçisinə sual verə bilərsiniz. "Sabah"ın oyununa gəlirsiz və mənə "Qarabağ" haqda sual verirsiz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmət edin, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram.

- Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun təxirə salınması sizə haqsızlıq olmaz?

- Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun. Biz oyun oynayırıq, siz isə "Qarabağ" və "Neftçi" haqda suallar verirsiniz.

- Artıq neçə oyundur ki, birinci hissədə üç qol vurursunuz, daha sonra dayanırsınx. Bunu çox güc sərf etməmək üçün edirsiniz?

- Xeyr. Əlbəttə istəyərdim ki, daha çox qol vuraq. Komandamın 10 qol vurmasını istəyərdim. Hər halda, 4:1 qalib gəldik, bu da yaxşıdır. Artıq futbolda 2-3 qol vurmaq yaxşı nəticədir. 10 qol vurmaq isə mümkün deyil. Çünki rəqiblər də 10 qol buraxdıqdan sonra sənin qarşını almağa çalışırlar. Birinci hissədə necə təzyiq edirdik, nələr edirdik...Hər oyunda 4 qol vurmaq da mümkün deyil. Əvvəllər oyunları 0:0, 1:1 edəndə sual verirdiniz ki, niyə məhsuldar olmursunux? İndi isə 4 qol vururuq, soruşursunuz ki, niyə bundan sonra qol vurmadınız?

Chosen
17
10
olke.az

10Sources