EN

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı qızıl xalla məğlub edib.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) turnirin qızıl mükafatını qazanıb. Ruslan Paşayev (66 kq) isə bürünc medalla kifayətlənib.

"Böyük Dəbilqə" turniri fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Bizim.Media

Chosen
29
6
bizim.media

10Sources