EN

Çexiya Baş naziri: Avropa Ukrayna ilə bağlı Putinlə danışıqlar aparmalıdır

Avropa liderləri Ukraynadakı müharibənin başa çatdırılması şərtləri ilə bağlı ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda iştirak etməlidir.

APA xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş TN telekanalında yayımlanan “On ikiyə beş dəqiqə qalmış” proqramında səsləndirib.

Andrey Babiş bu cür danışıqlarda mümkün iştirakçılar kimi Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer və İtaliya Baş naziri Corciya Meloninin adlarını çəkib. “İndi Avropa liderləri Avropanın Putinlə də danışıqlar aparmalı olduğunu deməyə başlayıblar. Halbuki əvvəllər Macarıstan Baş naziri Viktor Orban Zelenski və Putinlə görüşəndə onu hamı qınayırdı”.

Çexiya Baş naziri həmçinin ABŞ Prezidenti Donald Trampın Moskva ilə Kiyev arasında sülh sazişinin bağlanmasına yönəlmiş danışıqlar prosesində həlledici rol oynadığını vurğulayıb: “Trampsız Avropa bacarmaz.”

Chosen
11
2
apa.az

3Sources