EN

İran parlamenti ABŞ-la danışıqları müzakirə edəcək

İran parlamenti (birpalatalı) fevralın 9-da ölkənin ABŞ ilə nüvə məsələsilə bağlı danışıqların birinci mərhələsinin aralıq nəticələrini nəzərdən keçirmək üçün iclas keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Müqtədai məlumat verib.

"Sabah Məclis İran İslam Respublikası ilə ABŞ arasında danışıqların gedişatını qapalı iclasda nəzərdən keçirəcək. İranın xarici işlər naziri Abbas Arakçının iclasda iştirak edəcəyi ehtimal olunur", - o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar 6 fevralda Omanda baş tutub.

Chosen
19
5
bakivaxti.az

6Sources