EN

MPL: "Sabah" - "Araz-Naxçıvan" yarışında 5 qol

Misli Premyer Liqasının 19-cu turunda "Sabah" "Araz-Naxçıvan"ı qəbul edib.

İki sahil” yazır ki, yarışın 9-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Umarali Raxmonaliyev hesabı açıb. 2 dəqiqə sonra – 11-ci dəqiqədə isə Aron Maluda bakılıların ikinci qolunun müəllifi olub. 16-cı dəqiqədə “bəyquşlar” "Araz-Naxçıvan"ın qapısından üçüncü topu keçirib. Bu dəfə Xəyal Əliyev topu qapı xəttindən keçirib – 3-0. O, 68-ci dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunun müəllifi olub.

86-cı dəqiqədə Felipe Santos buraxılan qollardan birinin əvəzini çıxıb.

Misli Premyer Liqası,

19-cu

8 fevral

16:00. "Sabah" 4–1 "Araz-Naxçıvan"

Qollar: Umarali Raxmonaliyev 9 – pen.(1-0), Aron Maluda 11 (2-0), Xəyal Əliyev 16 (3-0) Xəyal Əliyev, 68 (4-0), Felipe Santos 86 (4-1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

"Bank Respublika Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
54
2
ikisahil.az

5Sources